Bakı sakininə iş düzəltmək adı ilə 30 min pul dələduzluq edən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Məmmədov vətəndaşları işə düzəltmək adı ilə onlardan ümumilikdə 30 min manat pul alıb. Lakin sonra o, verdiyi vədinə əməl etməyib. Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan E.Məmməd saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham verilib
