Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi – texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5 faizi həcmində və 4068,3 milyon manat vəsait nəzərdə tutulub.

Bu, Azərbaycanın 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. Təqdimatda bildirilir ki, bu da 2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.
Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq – mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 2738,7 milyon manatı və ya 67,3 faizi (2017-ci ilə nisbətən 96,6 milyon manat və ya 3,7 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1329,5 milyon manatı və ya 23,7 faizi (2017-ci ilə nisbətən 105,8 milyon manat və ya 8,6 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərində nəzərdə tutulub.

2018-ci il dövlət büdcəsindən təhsil xərclərinə isə 2001,5 milyon manat vəsait ayrılıb ki, bu da 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2%, 2016-cı ilin icrası ilə müqayisədə 247,1 milyon vəsait və ya 14,1 faiz çoxdur.
Bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.
Sənəddə qeyd edilib, təhsil xərcləri üçün ayrılmış vəsaitin 1082,1 milyon manatı və ya 54,1 faizi ümumi təhsil xərclərinin, 628,3 milyon manatı və ya 31,4 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.) 175,3 milyon manatı və ya 8,7 faizi məktəbəqədər təhsil xərclərinin, 41,3 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsili xərclərinin, 42,7 milyon manatı və ya 2,1 faizi ali təhsil xərclərinin (Azərbaycan respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, "ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Bakı Xoreoqrafiya Akademiyasının, Ədliyyə Akademiyasının və digər təhsil müəssisələrinin fəaliyyətinin maliyyət təminatı ilə bağlı xərclər), 28,0 milyon manatı və ya 1,4 faizi ilk-peşə ixtisas təhsilinin, 3,7 milyon manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyəlləşdirilməsinə yönəldiləcək.

2018-ci ildə elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2017-ci il səviyyəsində olmaqla 0,6 faiz təşkil edəcək.
APA-nın xəbərinə görə, bu, 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında göstərilib. Sənəddə bildirilib ki, növbəti ildə elm xərclərinə 128, 1 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 9,5 milyon manat və ya 8,0 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.
2018-ci ildə elm xərclərində maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 5, 4 milyon manat vəsait nəzərdə tutulub.
Prezident yanında Elmin İnkişafı Fondunda 2017-ci ildə maliyyə ekspertizasından keçirilmiş yeni qrant layihələrinin 2018-ci ildə fond tərəfindən maliyyələşdirilməsinə tələb olunan əlavə 3, 5 milyon manat vəsait növbəti ilin dövlət büdcəsində proqnozlaşdırılıb.

2018-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz təşkil edəcək. Bu bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib.
Sənəddə bildirilib ki, səhiyyə üçün ayrılan vəsaitin 348,7 milyon manatı və ya 47,1 faizi xəstəxanaların, 109,7 milyon manatı və ya 14,8 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 270,7 milyon manatı və ya 36,5 faizi səhiyyə sahəsində aid edilən digər xidmətlər üzrə xərclərə, 11, 7 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə yönəldiləcək.
2018-ci ilin dövlət büdcəsi layihəsində "Səhiyyə” bölməsi xərcləri üzrə Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzinin saxlanılması üçün 10,6 milyon manat vəsait nəzərdə tutulub.

2018-ci ildə orta ixtisas və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsində tələbə qəbulu ilə bağlı tələb edilən məbləğin ödənilməsi və ümumtəhsil məktəblərində buraxılış imtahanının keçirilməsi üçün dövlət büdcəsində Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 5 milyon manat vəsait proqnozlaşdırılıb.
Bu barədə də 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrdə qeyd edilib. Sənəddə bildirilir ki, təhsil xərcləri üçün ayrılan vəsaitin 362,7 milyon manatı və ya 18,1 faizi bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ölkədə ümumtəhsil məktəbləri şagirdlərinin pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclər üçün 20,1 milyon manat ( əvvəlki illə müqayisədə 12.4 milyon manat və ya 2,6 dəfə çox), ölkədə təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 20,1 milyon manat ( əvvəlki illə müqayisədə 5.7 milyon manat və ya 39,2 faiz çox), Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan ( sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər üçün 0,2 milyon manat, Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ( De-institusionalizasiya) və alternativ qayğı üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər üçün 0,8 milyon manat, "SOS Uşaq Kəndləri –Azərbaycan” Assosiasiası üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 1,4 milyon manat ( əvvəlki illə müqayisədə 0,1 milyon manat ə ya 9,7 faiz çox), gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsi ilə bağlı xərclərə 0.4 milyon manat, təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsi ilə əlaqədar xərclər üçün 1,0 milyon manat, kitab alınması ilə bağlı xərclər üçün 0,5 milyon manat ( əvvəlki illə müqayisədə 0,2 milyon manat və ya 85,2 faiz çox), dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması ilə bağlı xərclər üçün 22,4 milyon manat, "Birgə Azərbaycan-Fransız Universiteti "UFAZ” layihəsinin həyata keçirilməsi ilə bağlı xərclər üçün 2,7 milyon manat, 2018-c ildə respublikanın 26 şəhər və rayonunda ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilmənin maliyyə təminatı ilə bağlı xərclər üçün 70,5 milyon manat, xarici ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatların təşviqi üzrə xərclər üçün 1,0 milyon manat, dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və qısmüddətli yenidənhazırlama proqramları üzrə qiyabi təhsil alan müdavimlər ilə bağl xərclər üçün 0.2 milyon manat, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə bağlı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura pillələri üzrə 160,9 milyon manat ( əvvəlki illə müqayisədə 10,0 milyon manat və ya 6,9 faiz çox), digər sosial tədbirlər üçün 58,5 milyon manat vəsait proqnozlaşdırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Gələn ilin dövlət büdcəsində sosial yönümlü xərclər artırılacaq.
Bu 2018-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Gələn ilin büdcə xərclərində sosial yönümlü xərclərin (əməyin ödənişi, pensiya və müavinətlər, dərman və sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faiz faiz olmaqla, 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 147,9 manat və ya 2,2 faiz çoxdur.
Bu sosial xərclərlə yanaşı, əhaliyə bilavasitə yardım göstərən bir sıra dövlət müəssisələrinə və tədbirlərə dövlət büdcəsindən maliyyə yardımı edilir. Başqa sözlə, əhalinin mənzilə olan tələbatın ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri və sosial ipoteka üzrə 250 milyon manat, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyalarının verilməsi ilə bağlı xərclər) üzrə 30 milyon manat, kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyaları üzrə 19,8 milyon manat, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üzrə 89 milyon manat və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 10 milyon manat ayrılacaq.
Həmin xərclər də nəzərə alınmaqla, dövlət büdcəsindən sosial yönümlü xərclərə 7 milyard 656,3 milyon manat vəsait yönəldiləcək ki, bu da dövlət büdcəsinin xərclərinin 36,6 faizinə, cari xərclərin isə 71,1 faizinə bərabər olacaq.


.