Rusiyalı fiqurlu konkisürən Yevgeni Plyuşenko karyerasını başa vurub.

"Matç TV” xəbər verir ki, bu barədə 2 qat Olimpiya Çempionu fiqurist özü məlumat verib. Plyuşenko bundan sonra məşqçi kimi fəaliyyət göstərəcəyini qeyd edib:

İdmanda karyeramı başa vurmuşam. Öz akademiyamı açıram, burada məşqçi qismində çalışacağam.

Plyuşenkonun sözlərinə görə, əgər hazırlaşmağa çatdırsalar, idmançılarla birlikdə Olimpiyadaya gedə bilərlər:

Artıq başqa ölkələrdən mənimlə məşq etmək istəyən gənclər var. Rusiyadan da ilk üçlüyə düşə biləcək və Olimpiya Oyunlarına gedə biləcək gənclərlə çalışıram. İndi mən bütünlüklə məşqçi işi ilə məşğulam.

.