15 evdən oğurluq edən şəxslər tutuldu

6,214 oxunub

Abşeron Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində növbəti tədbir keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, gecə saatlarında Masazır qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan” siqnalı daxil olub.

Dərhal Abşeron RMİ-nin xidmətdə olan tutucu qrupunun əməkdaşları hadisə yerinə çıxıb. Obyektə baxış zamanı mağazanın qapısının, həmçinin dəmir barmaqlıqlarının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib.

Həmin şəxslər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, oğurluğa cəhd göstərən şəxslər Laçın rayon sakini əvvəllər məhkum olunmuş Elxan İsayev və Ağdam rayon sakini Ceyhun Abbasovdur.

İlkin araşdırma zamanı onlar Abşeron rayonu ərazisində 15 fərdi yaşayış evindən oğurluq etdiklərini də etiraf ediblər.

Göstərilən faktla bağlı araşdırmalar və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

.
XƏBƏRLƏR 27-09-2026
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
18:06 İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
18:03 CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
17:31 Tramp: İran nüvə silahına sahib ola bilməz
17:20 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb
17:15 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB
17:06 Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
Təqvim