Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan bir mükafatı almaq mənim üçün böyük şərəfdir.
Bunu Prezident İlham Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib.
“O, BƏƏ-ni dünyanın ən çiçəklənən və uğurlu ölkələrindən birinə çevirən böyük liderdir. Əziz qardaşım Şeyx Məhəmməd atasının siyasətini inkişafda, irəliləyişdə, davamlı modernləşmədə davam etdirir. Bu gün BƏƏ bir çox ölkələr üçün ölkəni necə dəyişdirmək, sülh və harmoniya içində yaşayan, tarixi kökləri ilə dərin bağlı olan, eyni zamanda gələcəyə baxan bir cəmiyyət qurmaq üçün həqiqətən bir nümunədir”, – dövlət başçısı qeyd edib.
Biz sülh şəraitində yaşamağı öyrənirik
ABŞ Prezidenti Donald Tramp 30 ildən çox davam edən qanlı, ölümcül münaqişəyə son qoydu.
Bunu Prezident İlham Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib.
“Mərasimə xoş mesajlar ünvanlayan bütün həmkarlarıma təşəkkürümü bildirirəm və bir daha Azərbaycanla Ermənistan arasında sülhün təkcə iki ölkə üçün deyil, həm də daha geniş bölgələr üçün əhəmiyyətini vurğulayıram. Biz 30 ildən çox müharibə şəraitində idik. İndi altı aydır ki, sülh şəraitində yaşayırıq. Dəfələrlə dediyim kimi, öyrənirik. Sülh şəraitində yaşamağı öyrənmək, sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Müstəqil olduğumuzdan bəri heç vaxt sülh şəraitində yaşamamışıq. Və sürətlə öyrənirik. Beləliklə, ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi Vaşinqtonda keçirilən tarixi sammitdən keçən son altı ay uzunmüddətli və əbədi sülhə doğru tərəfdaşlıq, əməkdaşlıq və hərəkət ayı oldu. Həmçinin, Azərbaycan və Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təşəkkürümü bildirmək istəyirəm. O, 8 avqust 2025-ci ildə üçtərəfli sammitə ev sahibliyi etdi və bu sammitdə əvvəlcə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi paraflandı və birgə bəyannamə imzalandı. Prezident Tramp da şahid qismində bunu imzaladı və beləliklə, uzunmüddətli, 30 ildən çox davam edən qanlı, ölümcül münaqişəyə son qoydu”, - dövlət başçısı bildirib.
Nümunəmiz göstərir ki, uzunmüddətli münaqişələrə baxmayaraq, sülh mümkündür
Nümunəmiz hələ də müharibədə olanlar üçün öyrənilməli və yol xəritəsi kimi qəbul edilməlidir.
Bunu Prezident İlham Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib.
“Bu altı ay münasibətlərimizin inkişafı üçün çox vacib idi. Biz nəinki Azərbaycan vasitəsilə Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırdıq, həm də Ermənistana neft məhsulları ixrac etməyə başladıq. Başqa sözlə, bu altı ay ərzində əməkdaşlığa başladıq. İndi ticarət əlaqələrimizi artırırıq”, - dövlət başçısı deyib.
Azərbaycan lideri bu səhər Ermənistanın Baş naziri ilə görüşdüyünü və necə irəlilədiklərini müzakirə etdiklərini qeyd edib: “Şübhəsiz ki, bu gün keçirilən mükafatlandırma mərasimi, bu hörmətli münsiflər heyəti və bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi çox ruhlandırıcıdır. Düşünürəm ki, nümunəmiz hələ də müharibədə olanlar üçün öyrənilməli və yol xəritəsi kimi qəbul edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür”, - Prezident İlham Əliyev vurğulayıb.
Əbu-Dabidəki bu mükafatlandırma mərasimi simvolikdir
“Düşünürəm ki, Əbu-Dabidəki bu mükafatlandırma mərasimi simvolikdir, çünki Ermənistan və Azərbaycan arasında danışıqların son mərhələsi ötən ilin iyul ayında, Vaşinqtondakı tarixi sammitdən cəmi bir ay əvvəl burada baş tutmuşdu”.
Bunu Prezident İlham Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib.
“Beləliklə, burada, Əbu-Dabidə, qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olması üçün yekun razılığa gəldik və sonra onu Vaşinqtonda rəsmiləşdirdik. Bir daha, bu hörmətli və nüfuzlu mükafatı bizə təqdim etmək qərarını verən hər kəsə və sülhə çatmağımıza kömək edən hər kəsə minnətdarlığımı bildirmək istərdim”, - deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Donald Trampa təşəkkür edib
Vaşinqtonda Sammitdən sonra, ABŞ Prezidenti Donald Tramp tərəfindən təşkil olunmuş görüşdən etibarən biz (Azərbaycan və Ermənistan – red.) artıq əməkdaşlığı qururuq və uzunmüddətli münaqişəyə son qoyuruq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasimində bildirib.
“Mən, həmçinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm”, - deyə dövlətimizin başçısı əlavə edib.
Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
“Bu aylar ərzində (Vaşinqton Sammitindən ötən müddətdə - red.) biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.
“Bu altı ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi artırırıq və ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik”, - deyə dövlət başçısı vurğulayıb.
.
