“Cumhur İttifaqı”nın namizədi, hazırki ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu və “Memleket” partiyasının sədri Muharrem İncenin prezidentliyə namizədliklərinı Mərkəzi Seçki Komissiyasında (Yüksek Seçim Kurulu) etiraz edilib.

Bu barədə YSK sədri Ahmet Yener bildirib.

O, başçılıq etdiyi qurumda səs birliyi ilə bu etirazın əsassız olduğunun müəyyən edilərək rədd edildiyini qeyd edib.

Xatırladaq ki, Türkiyədə Prezident və millət vəkili seçkiləri 14 may 2023-cü ildə keçiriləcək.

.