İtaliyanın "Milan" klubunda baş məşqçi postuna namizədlər bəlli olub.

Yenizaman "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bunlar hazırda Belçika millisinə rəhbərlik edən Domeniko Tedesko, Səudiyyə Ərəbistanı təmsilçilərindən "Əl-İttihad"dan Marselo Qalyardo və "Əl-Duhail"dən Kristofer Qaltyedir.

Milan təmsilçisi mövsümün sonunda hazırkı baş məşqçi Stefano Pioli ilə vidalaşacaq. Daha əvvəl Antonio Kontenin də namizədlər sırasında olduğu bildirilib.

Qeyd edək ki, Pioli 2019-cu ildən İtaliya klubunda işləyir.

.