“Nar”ın da tərəfdaşı olduğu Azərbaycan Voleybol Federasiyasının təşkil etdiyi voleybol üzrə Azərbaycan çempionatı başa çatıb. 2023-2024-cü illər mövsümündə ölkə çempionatının  qadınlar və kişilər arasında qalibi “AZERRAIL”klubu olub. “Nar” “AZERRAIL” klubunun hər iki üzvünü təbrik edir, voleybolçularımıza uğurlarının davamlı olmasını arzu edir.

Qeyd edək ki, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq “Nar” ölkədə sağlam həyat tərzini təbliğ edərək gənclər arasında voleybol daxil olmaqla, müxtəlif idman növlərinə marağın artmasını dəstəkləyir. Operatorun gerçəkləşdirdiyi KSM layihələri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

.