Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır.

Xarici KİV xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: “Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm”.

Nazirin sözlərinə görə, İtaliya ordusu heç bir halda Ukraynadakı müharibəyə cəlb oluna bilməz: “Kimsənin buna şübhəsi olmamalıdır. Biz Ukraynaya dəstək göstəririk. Lakin həm də hərbçilərimizin bu müharibəyə birbaşa müdaxiləsini hər zaman istisna etmişik”.

Qeyd edək ki, daha əvvəl E.Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təşəbbüsü ilə çıxış edib.

.