Məşhur model Heyli Biber boşanacaqları barədə şayiələrə baxmayaraq əri, məşhur musiqiçi Castini 30 yaşı münasibətilə təbrik edib.

27 yaşlı model özünün sosial şəbəkə hesabından əri ilə bağlı silsilə fotolar yayımlayıb. Kadrlarda musiqiçinin uşaqlıq fotosu, cütlüyün toy şəkilləri və tətil görüntüləri əks olunub.

“30!? Çox sürətli oldu. Sözlər heç vaxt içindəki bütün gözəlliyi təsvir edəcək qüdrətdə olmayacaq. Doğum günün mübarək, həyatımın sevgisi...” - deyə Heyli Biber yazıb.

 

.