Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan Rusiyanın Cənubi Qafqazdakı maraqlarını pozmaq cəhdlərini "intihar addımı" adlandırıb.

O, bu barədə “Politico”ya müsahibəsində bildirib.

Diplomat iddia edib ki, Ermənistanın Avropa İttifaqı ilə münasibətlərin möhkəmlənməsinə səbəb olan xarici siyasətindəki dönüş Moskva üçün təhlükə yaratmır.

"Ermənistanın coğrafi mövqeyi bu deməkdir - tarixən və praktik olaraq Rusiya ilə o qədər əlaqələri var ki, yalnız xəyalpərəstlər Ermənistanın Rusiyanın regiondakı maraqlarını pozmağa çalışaraq intihar addımı atacağını düşünə bilər", - T.Balayan deyib.

.