Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Astanaya rəsmi səfərə gəlib.

Bu barədə Qazaxıstan XİN məlumat yayıb.

Bundan əvvəl bildirilib ki, Kemeron ölkə rəhbərliyi ilə görüşəcək və baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu ilə danışıqlar aparacaq.

Bundan başqa, qeyd olunub ki, səfər çərçivəsində siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də aktual regional və beynəlxalq mövzular müzakirə olunacaq.

 

Səfərin yekunları üzrə bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.

.