:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazirlik: 142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib

Font

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejiminə keçirilib və funksional imkanları artırılıb.

Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən verilən məlumata görə, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınırlar. Bu da Çağrı mərkəzinə zənglərin sayında ciddi artıma səbəb olub. Yalnız son iki gündə Çağrı mərkəzinə ümumilikdə 3600-dək, o cümlədən sosial xidmətlərin göstərilməsi üzrə 700-ədək müraciət daxil olub.

Bu sahədə vətəndaşlara xidmətin daha da təkmilləşdirilməsi üçün Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb. Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, 200-ü də yaradılmaqla, 264-ə çatdırılıb.