:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olunub

Font

"What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə "Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb.

Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova olması müəyyən edilib və o, aidiyyəti üzrə Rayon Polis Şöbəsinə dəvət olunub.