:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Deputat Anar Məmmədov Prezidentin çağırışına qoşulanlara təşəkkür edib

Font

"Ölkə başçısının çağırışına qoşulub, Azərbaycan vətəndaşının təhlükəsizliyi naminə və ölkə iqtisadiyyatına dəstək məqsədilə atılmış nəcib və humanist addımları dəstəkləyir, bu təşəbbüsə qoşulanların hər birinə dərin təşəkkürümü bildirirəm". Bu sözləri Milli Məclisin deputatı Anar Məmmədov öz şəxsi facebook hesabında paylaşıb.


Koronavirus pandemiyasının bütün dünya üçün böyük təhlükə olduğu indiki mürəkkəb vaxtda ölkə rəhbərliyinin vətəndaşların sağlamlığını və Vətənin həyati vacib maraqlarını qorumağa yönəlmiş səylərini dəstəkləmək çox vacibdir. Çünki b¬-u bizim həm vətəndaşlıq borcumuz həm də sosial məsuliyyətimizdir. Bu çətin anlarda Prezident İlham Əliyevin çağırışına ölkəmizin biznes strukturları fövqəladə həmrəylik nümayiş etdirirlər. Bu günlərdə yüzlərlə irili-xırdalı şirkət və sahibkarlardan dəstək gəlir, koronavirusla mübarizəyə milyonlarla manat həcmində ianələr ayırılır. Bu gün ölkə rəhbərliyinin çağırışı Azərbaycanın hüdudlarından kənarda da eşidilməkdədir. Dar gündə Vətəninə yardım əlini uzatmağa hazır olan soydaşlarımızdan biri - Rusiyanın ən nüfuzlu iş adamlarından olan xeyriyyəçi Qod Nisanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Fonda 2 milyon manat vəsait köçürüb.