:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

FİFA və UEFA iki mövsümü birləşdirmək istəyir

Font

FİFA və UEFA koronavirus pandemiyası üzündən dayandırılan milli liqalar və qitə miqyaslı turnirləri xilas etmək üçün müxtəlif variantları götür-qoy edir.

Bunlardan biri sona çatdırılması da sual altında olan 2019/20 mövsümünün növbəti ilə birləşməsidir.

Söhbət 2019/20 və 2020/21 mövsümlərini 2019/21 ilə əvəzolunmasından gedir. Hər iki qurum üçün cari mövsümün sona çatdırılması daha prioritetdir. Lakin bu istək alınmasa, mövsümlərin birləşdirilməsi xilas yolu olacaq.

Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkənin liqalarından 54-də yarış dayandırılıb. Yeganə istisna Belarus çempionatıdır.