:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İranda koronavirusa yoluxanların sayı 22 minə yaxınlaşır

Font

İranda bir gündə 129 nəfər koronavirusun qurbanı olub.

Bunu İran səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib. Onun sözlərinə görə, ölkədə infeksiyadan ölənlərin sayı 1 685 nəfərdir.

O bildirib ki, daha 1 028 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 21 638 nəfərə çatıb.

Nazir müavini həmçinin, 7 913 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.