:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Bavariya"nın futbolçusu koronavirusdan əziyyət çəkənlərə 1 milyon avro ayırıb

Font

Almaniyanın "Bavariya" və Polşa yığmasının hücumçusu Robert Levandovski koronavirusdan əziyyət çəkənlərə 1 milyon avro köçürüb.

Daha əvvəl Levandovskinin həmkarları Leon Qoreska və Yozua Kimmix koronavirus pandemiyası ilə mübarizə üçün eyni məbləğ ayırıblar.

"Biz hamımız yaranmış vəziyyətdən xəbərdarıq. Bu gün hamı bir komandada oynayır. Güclü olmaq lazımdır, əgər biz kiməsə kömək edə biliriksə, bunu mütləq etmək lazımdır", - 31 yaşli Levandovski deyib.

Robert Levandovski "Bavariya"nın heyətində beş dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu və üç dəfə Superkubokunu qazanıb. Oyunçu "Bavariya"ya heyətində iki dəfə Almaniya çempionu olduğu Dortmundun "Borussiya" klubundan keçib.