:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyədə yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olanlara küçəyə çıxma qadağası qoyulub

Font

Türkiyədə yaşı 65-dən yuxarı olanlara küçəyə çıxmaq qadağası qoyulub.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu gecə yerli vaxtla saat 00:00-dan sonra yeni tip koronavirusa (COVID-19) yoluxma riski yüksək olan yaşı 65-i keçənlərin və xroniki xəstəlikdən əziyyət çəkənlərin yaşadıqları evdən kənara çıxmaları, park, bağca kimi açıq sahələrdə dolaşmaları məhdudlaşdırılıb.