:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İranda koronavirusdan ölәnlәrin sayı 1,5 mini keçdi

Font

İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 1 566 nəfərə çatıb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 123 nəfər dünyasını dəyişib.

Cahanpur әlavә edib ki, ötәn sutkada 966 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb.

Cahanpur deyib ki, ümumilikdə 20 610 nəfər bu virusa yoluxub.

Nazirlik rәsmisi 7 635 nәfәrin sağaldığını deyib.