:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Çelsi" Koutinyonu transfer etmək niyyətindədir

Font

"Çelsi” Filippe Koutinyonu transfer etməyə hazırlaşır.

Hazırda icarə əsasında "Bavariya”da çıxış edən braziliyalı yarımmüdafiəçi böyük ehtimalla yayda "Barselona”ya qayıdacaq. İndiki məqamda münhenlilər Koutinyo üçün tələb olunan 120 milyon avronu ödəməyə hazır deyil.

"Barselona”ya qayıdacağı halda isə onun transferi premyer liqa klublarından birinə satıla bilər. Bu baxımdan, "Çelsi” katalonlara daha sərfəli təkliflə müraciət etmək fikrindədir.

Koutinyo bu mövsüm bundesliqada keçirdiyi 22 oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.