:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Koronavirusla Mübarizəyə Dəstək Fondunun hansı mənbələr hesabına formalaşacağı məlum olub

Font

Koronavirusla Mübarizəyə Dəstək Fondunun hansı mənbələr hesabına formalaşacağı məlum olub.

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”na əsasən, Fondun vəsaiti dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir.

Bu barədə Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydasında bildirilib.

Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər. Fondun vəsaitindən istifadə bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir.

Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında qalan xərclənməmiş vəsait bu Qaydanın 2.7.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir və ya dövlət büdcəsinə qaytarılır.

Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.