:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya və Azərbaycanın Qusarda açdığı spirtli içkilər zavodu tibbi spirt istehsalına başlayıb

Font

"Carçıoglu Group" MMC və Rusiyanın "Tatspirtprom" dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "Rus Azeri Spirits” zavodunda tibbi spirt istehsalına başlanıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.