:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avropa Mərkəzi Bankı 750 milyard avroluq iqtisadi stimullaşdırma proqramı elan edib

Font

COVİD-19 pandemiyasının iqtisadiyyata vurduğu zərəri yüngülləşdirmək üçün Avropa Mərkəzi Bankı 750 milyard avro dəyərində iqtisadi stimullaşdırma proqramı elan edib.

Bu barədə Avropa Mərkəzinin saytında məlumat yerləşdirilib.

Ayrılan vəsait Avrozona daxilində hökumət və şirkət borclarını, o cümlədən Yunanıstan və İtaliyanın borclarının ödənilməsi üçün sərf olunacaq.

Proqramla bağlı Avropa Mərkəzi Bankının sədri Kristin Laqard bildirib ki, pandemiyanın iqtisadiyyata zərbələrini minimuma endirmək üçün mümkün imkanlardan istifadə olunacaq.

"Fövqəladə hallar təcili addamlar atılmasını tələb edir. Avro ilə bağlı öhdəliyimizdə heç bir məhdudiyyət yoxdur. Əlimizdə olan vasitələrin bütün potensialından istifadə etməkdə qərarlıyıq", - deyə K.Laqard "Twitter"də bildirib.