:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda evdən 32 min manatlıq oğurluq olub

Font

Bakıda evdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlə Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki evlərin birindən 7500 manat, 10.200 ABŞ dolları və 7500 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin həyətindəki "Şkoda” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Ağammədov, G.Hüseynov və İ.Məmmədov saxlanılıb.