:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ADY ölkədaxili qatarların hərəkətini dayandırır

Font

Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) verdiyi məlumata görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı, Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı, Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı, Bakı-Yalama-Bakı elektrik qatarı və Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarının hərəkəti dayandırılır.

Martın 18-dən 29-dək olan tarixlər üçün bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır.

Martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edir.