:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Moskvadan Bakıya ilk çarter reysi ilə 84 Azərbaycan vətəndaşı gətiriləcək

Font

Martın 18-i saat 00:00-dan etibarən Rusiya və Azərbaycan arasında gediş-gəliş məhdudlaşdırıldıqdan sonra Moskvadan Bakıya ilk çarter reysi həyata keçirilir.

"Vnukovo” hava limanından "Azərbaycan Hava Yolları” QSC-yə məxsus Airbus A340 tipli təyyarə ilə həyata keçirilən çarter reysi ancaq Azərbaycan vətəndaşlarına xidmət edir.

Yerli vaxtla 10:20-də havaya qalxacaq təyyarə 84 Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirəcək.

Qeyd edək ki, bu gün Rusiyadan Azərbaycana daha üç çarter reysinin keçirilməsi planlaşdırılır. Bu reyslər Moskvanın "Domodedovo” və "Vnukovo” və Sankt-Peterburqun "Pulkovo” hava limanlarından Bakıya keçiriləcək.