:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp respublikaçıların namizədi olmaq üçün kifayət qədər nümayəndənin dəstəyini əldə edib

Font

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürmək üçün kifayət qədər nümayəndənin dəstəyini əldə edib.

Bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına əsasən ötən gün İllinoys və Florida ştatlarında baş tutmuş ilkin seçkilərdə (praymeriz) D. Tramp gözlənilən qələbəni əldə edib və 1301 nümayəndənin səsini qazanıb.

Respublikaçılar Partiyasının qurultayı avqustun 24-27-də kimi Şimali Karolina ştatının Şarlott şəhərində keçiriləcək və partiyanın namizədi müəyyən olunacaq.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək.