:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Gənclik Mall”da oğurluq

Font

Bakıda mağazadan oğurluq etmək istəyən şəxs tutulub.

Hadisə martın 17-si saat 14:10 radələrində "Gənclik Mall” Ticarət Mərkəzində qeydə alınıb.

Belə ki, ticarət mərkəzinin ərazisində yerləşən mağazalarının birində müştəri 133 manat dəyərində geyim əşyaları oğurlamağa cəhd edib. Bu zaman müştəri mağazanın işçiləri tərəfindən saxlanılıb.

Daha sonra oğurluq əməlində şübhəli bilinən 1993-cü il təvəllüdlü E.Seyidbəyli ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.