:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçildi

Font

Türkiyədə saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Türkiyənin "Hürriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən gün İstanbulda məhkəmə qarşısında çıxarılan M. Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

Onunla birgə saxlanılan iş icraçısı Nuray Nurcihan Perker isə sərbəst buraxılıb.

Qeyd edək ki, M. Mənsimov martın 15-də polis tərəfindən saxlanılıb. Türkiyə mətbuatının xəbərinə görə, o, FETÖ işi üzrə aparılan istintaq çərçivəsində tutulub.