:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Təhsil müəssisələri lisenziyadan azad edilir

Font

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsi haqqında məlumat verən komitə sədri Bəxtiyar Əliyev söyləyib ki, layihədə nəzərdə tutulan dəyişikliyə əsasən Azərbaycanda dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad edilir:

"Dəyişiklik layihəsinə əsasən, dövlət peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək”.