:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yaponiyada azərbaycanlılar üçün "qaynar xətt" yaradıldı

Font

Qaynar xətt Azərbaycanın Yaponiyada müvəqqəti və daimi yaşayan vətəndaşlarına lazımı köməkliyin və dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

Azərbaycanın Yaponiyadakı səfirliyi koronavirusla əlaqədar "qaynar xətt" yaradıb.

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

"Qaynar xətt" Azərbaycanın Yaponiyada müvəqqəti və daimi yaşayan vətəndaşlarına lazımı köməkliyin və dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

Səfirliyin əməkdaşı Fərid Talıbov bu iş üzrə məsul şəxs təyin olunub. Onunla +8170-3844-2000 nömrəli telefonla və [email protected] elektron poçt vasitəsilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, Yaponiyada indiyədək koronavirusa 839 yoluxma faktı qeydə alınıb. 22 nəfər koronavirusdan ölsə də, 144 nəfər sağala bilib.