:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın Türkiyədəki səfirliyində "qaynar xətt" yaradılıb

Font

Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində "qaynar xətt” yaradılıb.

Bu barədə səfirlikdən məlumat verilib.

"Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən "Qaynar xətt” yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740” - deyə, məlumatda qeyd olunub.