:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib

Font

Koronavirus təhlükəsinə görə xəstəxanalarda xəstələri ziyarət etmək qadağan olunub

Bu gecə 00:00-dan etibarən bir ay müddətində tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Eyni zamanda dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər: "Dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla, ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir”.Koronavirus təhlükəsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyəti yeni qaydada tənzimlənəcək

Koronavirus təhlükəsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyəti yeni qaydada tənzimlənəcək

Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda ictimai nəqliyyatın fəaliyyəti yeni qayda ilə tənzimlənəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bu gecə saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcək.

Bu gecədən Azərbaycanda alış-veriş mərkəzlərinin fəaliyyəti xüsusi qaydada tənzimlənəcək

Bu gecə saat 00:00-dan etibarən bir ay müddətində Azərbaycanda alış-veriş mərkəzlərinin fəaliyyəti xüsusi qaydada tənzimlənəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir.

Aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində isə dəyişiklik olmayacaq.

Azərbaycanda restoran və kafelərdə iş rejiminə dair məhdudiyyət müəyyənləşdirilib

Azərbaycanda restoran və kafelərdə iş rejiminə dair məhdudiyyət müəyyənləşdirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gecə saat 00:00-dan etibarən bir ay müddətində Azərbaycana restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

Eyni zamanda restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir. Saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılmalıdır.

Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib

Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir.

Eyni zamanda saat 00:00-dan etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.