:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Atletiko" Çempionlar Liqasının 1/4 finalına yüksəldi

Font

İspaniyanın "Atletiko" klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda əlavə vaxtda ingilis "Liverpul"unu 3:2 hesabı ilə məğlub edib. İspaniyada keçirilən ilk oyunda "Atletiko" 1:0 hesabla qalib olub.

Qolları "Liverpul"dan Jorjinyo Veynaldum (43-ü dəqidə), Roberto Firmino (94), "Atletiko" tərəfindən isə Markos Lyorente (97; 105) və Alvaro Morata (120+1) vurublar.

İki oyunun cəminə görə hesab "Atletiko"nun xeyrinə 4:2 olub, bunun sayəsində ispan komandası 1/4 finala yüksəlib. Klubun Madriddən olan rəqibi növbəti mərhələdə püşkatmanın nəticələrinə əsasən müəyyənləşəcək.

Daha əvvəl turnirin 1/4 finalına Almaniyanın "Leypsiq", İtaliyanın "Atalanta" və Fransanın "PSJ"komandaları çıxıb. Çempionlar Liqasının növbəti mərhələsində ilk matç 7-8 aprel tarixində, cavab oyunları isə 14-15 aprel tarixlərində keçiriləcək.