:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qeyri-OPEC ölkələrindən neft tədarükü proqnozu dəyişdirilib

Font

OPEC 2020-ci ildə təşkilata üzv olmayan ölkələrdən gündəlik neft tədarükünün artımına dair proqnozunu 0,49 milyon barel azaldaraq 1,76 milyon barelə endirib.

Bu barədə OPEC-in mart ayına dair hesabatında qeyd olunur.

"Hasilata dair proqnoz əsasən Rusiya, Tailand, İndoneziya və Omanla bağlı artırılıb, ABŞ, Meksika, Kolumbiya, Çin, Malayziya, Azərbaycan, Norveçlə bağlı isə azaldılıb”, - sənəddə qeyd olunur.