:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hesablama Palatasının sədri: "Azərbaycan hökuməti risklərə hazırdır"

Font

"Büdcə layihəsinə rəy verərkən, büdcə dayanıqlığı ilə bağlı mümkün riskləri də göstərmişdik. Bu risklər daimi var. Əsas məsələ bu risklərin hökumət tərəfindən səmərəli idarə edilməsi, qabaqlayıcı tədbirlərin görülməsidir. Hesab edirik, Azərbaycan hökuməti buna hazırdır".

Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərin neftin qiymətinin kəskin azalmasının büdcə dayanıqlığına təsirləri ilə bağlı sualı cavablandırarkən deyib.

"Eyni zamanda qiymətlərin də uzun müddət aşağı səviyyədə qalacağını düşünmürük", - deyə o əlavə edib.

V. Gülməmmədov onu da bildirib ki, Hesablama Palatası strateji inkişaf proqramına uyğun fəaliyyət göstərir: "Bütün fəaliyyətimiz dövründə dövlət vəsaitləri üzərində səmərəli nəzarətin qurulması önəm daşıyan məsələdir. Palatanın fəaliyyəti də məhz bunun üzərində qurulub".