:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Putin Rusiyada Prezidentlik müddətinin ləğv olunması barədə təklifin əleyhinə çıxıb

Font

Rusiya Prezidenti Vladimir Putin konstitusiyadan bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi ilə bağlıq qadağanın götürülməsini məqsədəuyğun hesab etmədiyini açıqlayıb.

Rusiya dövlət başçısı bu barədə bu gün Dövlət Dumasında çıxışında bildirib.

Ölkədə prezidentlik müddətinin qaldırılması ilə bağlı konstitusiyaya edilən dəyişiklik təklifinə münasibət bildirən V. Putin bunu məqsədəuyğun hesab etmədiyini qeyd edib: "Bizə alternativsiz seçki lazım deyil. Seçkilər açıq və rəqabətli olmalıdır”.

Qeyd edək ki, deputat Valentina Tereşkova bir şəxsin bir neçə dəfə prezident seçilməsinin vacibliyini, hazırkı prezident Vladimir Putinin yenidən prezident seçilməsinin Rusiya xalqı üçün önəmli olduğunu söyləyib, prezidentlik müddətinin ləğv olunmasını təklif edib.

"Təhlükəsizlik Şurası və Dövlət Şurası birbaşa olaraq xalq tərəfindən seçilmir. Onlar arasında prezident xarakterli ciddi səlahiyyətlərin bölüşdürülməsi fikrimcə, düzgün deyil".

Rusiya dövlət başçısı bu barədə bu gün Dövlət Dumasında çıxışında bildirib.

Putin qeyd edib ki, prezident xarakterli ciddi səlahiyyətlərin Təhlükəsizlik Şurası və Dövlət Şurası arasında bölüşdürülməsi təhlükəlidir: "Birincisi, bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur, ikincisi də bu, cəmiyyətin parçalanmasına gətirib çıxaracaq”.