:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çavuşoğlu Putinin Ərdoğanı gözlətməsini əks etdirən görüntülərə münasibət bildirib

Font

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya telekanalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və başçılıq etdiyi nümayəndə heyətinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş öncəsi qapıda gözlədilməsini əks etdirən süjetə münasibət bildirib.

Nazir "Anadolu” agentliyinə müsahibəsində Rusiya telekanalını sayğısızlıqda günahlandırıb.

"Rus mediasını başa düşürəm. Lakin bizim içərimizdə bu qara təbliğatdan məmnun olan o qədər adam var. Bax bunu başa düşmürəm. Rus mediasının etdiyi isə böyük sayğısızlıqdır”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.