:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

DGK 2 ayda büdcəyə ödəmələri cüzi azaldıb

Font

Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 663,306 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrünə nsibətən 2,372 milyon manat və yaxud 0,4% azdır.

DGK-dən verilən məlumata görə, hesabat dövründə gömrük rüsumları illik müqayisədə 22,025 milyon manat və yaxud 14,8% azalaraq 170,67 milyon manat olub.

ƏDV üzrə daxilolmalar 16,093 milyon manat və yaxud 3,3% azalaraq 465,985 milyon manat, aksizlər üzrə daxilolmalar 9,397 milyon manat və yaxud 32,5% azalaraq 19,513 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 706 min manat və yaxud 11% artaraq 7,138 milyon manat təşkil edib.