:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yens Stoltenberq: "NATO Türkiyəni bundan sonra da dəstəkləyəcək"

Font

"Türkiyə NATO-nun terrorizmlə mübarizəyə və miqrasiya böhranının nizama salınmasına misilsiz töhfə vermiş əhəmiyyətli müttəfiqidir”.

"Anadolu” agentliyi xəbər verir ki, bu sözləri Brüsseldə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Heç bir başqa müttəfiq terrorizmdən Türkiyədən çox zərər çəkmədi. Heç bir başqa müttəfiq Türkiyədən daha çox qaçqın qəbul etmir", - deyə Stoltenberq vurğulayıb.

Şimali Atlantika Alyansının başçısı Türkiyənin regionda təhlükəsizliyin təmin olunması üzrə səylərini yüksək qiymətləndirib.

O, qeyd edib ki, alyans Türkiyəni raket əleyhinə müdafiə sahəsində dəstəkləyir. NATO rəhbəri alyansın Türkiyəyə hava və dənizdən dəstək verdiyini qeyd edib.

"Müttəfiqlər bundan sonra Türkiyəni dəstəkləməyə və daha nələrin etmək lazım olduğunu araşdırmağa hazırdır”, - Yens Stoltenberq əlavə edib.