:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

KİV: Neft bazarının çökməsinə səbəb Səudiyyə Ərəbistanı ilə Rusiyanın razılığa gəlməməsidir

Font

"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) tərəfdaşları tərəfindən razılığın əldə edilməməsi neft qiymətlərinin kəskin azalması ilə nəticələnib.

Bazar ertəsi gecəsi Brent markalı neftin qiyməti 30% azalaraq, bir barel üçün 34 ABŞ dollar, WTI markalı neftin qiyməti isə 30 dollara qədər düşüb.

"Bloomberg”-in məlumatına görə, bu, 1991-ci ildən neft bazarında baş verən ən dərin çöküntüdür.

Xarici mətbuatın yaydığı xəbərlərdə bildirilir ki, neftin qiymətinin bu qədər ciddi şəkildə aşağı düşməsinə səbəb Səudiyyə Ərəbistanının Rusiya ilə sövdələşmənin pozulduqdan sonra getdiyi endirimlər və hasilatın artması vədləridir. Ötən cümə günü Vyanada keçirilən OPEC iclası yalnız razılığın olmaması ilə deyil, rəsmi Moskva ilə Ər-Riyadın rəhbərlik etdiyi təşkilat arasındakı ittifaqın tamamilə dağılması ilə yadda qalıb. Rusiya Səudiyyə Ərəbistanının koronavirusun yayılması səbəbi ilə neftə olan tələbatın azalmasının fəsadlarının aradan qaldırılması üçün neft hasilatının daha da azaldılmasına razılıq verməyib.

Vyanadakı görüşdən bir neçə saat sonra Səudiyyə rəhbərliyi faktiki olaraq qiymət müharibəsi elan edib. Belə ki, "Saudi Aramco" korporasiyası ABŞ-a neft tədarükünün qiymətinin bir barel üçün 7, Şimali Avropa ölkələr üçün 8, Cənub-Şərq ölkələri üçün 6 dollar ucuzlaşdıracağı barədə xəbərdarlıq edib.

İndiyə olan məlumata əsasən, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 25,58% azalaraq 1 barelə görə 33,69 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 27,91% azalaraq 29,76 dollar təşkil edib.

Qeyd edək ki, OPEC ölkələrinin təşkilatın rəsmi iclasından sonra "OPEC+" təşəbbüsü çərçivəsində bu ilin sonuna kimi gündəlik neft hasilatının daha 1,5 mln. barel azaldılmasını tövsiyə ediblər.

Əlavə etmək lazımdır ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi "OPEC+" ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.