:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib

Font

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.

Təbrik Birinci Vitse-prezidentin "İnstagram” səhifəsində yerləşdirilib.

Təbrikdə deyilir: "Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!

Tanrı sizi və doğmalarınızı qorusun! Sevgilərlə, Mehriban!”.