:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakının 28 May küçəsində körpünün sökülməsi ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Font

Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib. Xəbərə görə, məhdudlaşma mart ayının 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bununla əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə agentlik vətəndaşlardan üzr istəyir.