:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya və Türkiyə Suriyada 6 kilometrlik təhlükəsizlik dəhlizi yaradacaq

Font

Rusiya və Türkiyə Suriyada 6 kilometr uzunluğunda təhlükəsizlik dəhlizi yaradılması haqqında razılığa gəliblər.

Bu barədə bu gün Kremldə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və RəcəbTayyib Ərdoğan arasındakı danışıqların yekunu ilə bağlı imzalanan sənəddə bildirilib.

Qeyd olunub ki, Moskva və Ankara Suriyada Latakiya və Hələbi birləşdirən M4 avtomobil yolunun şimalı və cənubu istiqamətində 6 kilometr uzunluğunda təhlükəsizlik dəhlizinin yaradılması haqqında razılığa gəliblər. Təhlükəsizlik dəhlizinin konkret işlənilməsi parametrlərinin Rusiya və Türkiyə Müdafiə Nazirlikləri bir həftə ərzində razılaşdırmalıdırlar.