:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Murad Dadaşov Xəzər TV-yə baş direktor təyin edildi

Font

"İki aylıq danışıqlardan sonra "Xəzər TV”-nin səhmləri "Socar Media” qrupunun nəzarətinə keçib”.

Bunu APA-ya açıqlamasında "Xəzər” TV-nin Xəbərlər Departamentinin müdiri İnqilab Məmmədov bildirib.

O qeyd edib ki, "Socar Media” qrupu isə Murad Dadaşovu "Xəzər” TV-nin yeni Baş Direktoru təyin edib.

İ. Məmmədov deyib ki, artıq Murad Dadaşov kollektivə təqdim olunub.

Xalq artisti Murad Dadaşov "Xəzər TV MMC"-nin baş direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, bundan əvvəl telekanala Şamxal Həsənli rəhbərlik edirdi.