:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qərargah: Məktəblərdə tətilin müddəti ilə bağlı növbəti qərar real vəziyyətin təhlilinə əsasən veriləcək

Font

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tətilin müddətinin uzadılıb-uzadılmasına aydınlıq gətirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-nın sorğusuna verilən cavaba görə, təhsil müəssisələrində tətilin müddəti ilə bağlı növbəti qərar real vəziyyətin təhlili və müzakirələrin nəticəsinə uyğun olaraq qəbul ediləcək.

Qeyd edək ki, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. İlk tədris günü mart ayının 10-u müəyyən edilib.