:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp Makronla Suriya və İran mövzusunu müzakirə edib

Font

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü fransalı həmkarı Emmanuel Makronla telefon danışığında İranın nüvə proqramı və Suriyadakı humanitar böhranı müzakirə edib.

TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cadd Dirin yazılı açıqlamasında bildirilib.

"İki ölkənin liderləri qarşıdan gələn G7 sammitini, həmçinin Beynəlxalq Atom Enerji Agentliyinin İran rejiminin nüvə sahəsindəki fəaliyyətini müşahidə etməsini, habelə Suriyanın şimal-qərbində humanitar böhrana səbəb olan rejimin davam edən hücumlarını müzakirə edibər”, - açıqlamada vurğulanıb.

Qeyd edilib ki, danışıq əsnasında tərəflər koronavirusun yayılmasının qarşısını almaq üçün ABŞ və Fransanın birgə fəaliyyətinin zəruriliyini vurğulayıblar.