:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Martın 30-da Rostov-Bakı aviareysi açılacaq

Font

Bakı ilə Rostov şəhərləri arasında birbaşa sərnişin aviareys təşkil olunacaq.

Bunu jurnalistlərə açıqlamasında Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.

Onun sözlərinə görə, bu gün imzalanan sənədə əsasən ilk uçuş martın 30-da həyata keçiriləcək.

Qeyd edək ki, bu gün Bakıda Rusiyanın "Azimut" aviaşirkəti ilə Azərbaycanın "PASHA Travel" şirkəti arasında hava nəqliyyatı ilə sərnişin daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Azərbaycanda Rusiya kombaynları yığılacaq

Yaxın vaxtlarda Rostov vilayəti tərəfindən Azərbaycana kənd təsərrüfatı texnikasının (maşın) tədarükü məsələsi müzakirə olunacaq.

Bunu da jurnalistlərə açıqlamasında Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.

Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq maşınların məhz Azərbaycanda yığımının və təmirinin təşkilini nəzərdə tutur.

"Bu gün əməkdaşlığa dair imzalanan razılığa bu sahə üzrə əməkdaşlığın bünövrəsi kimi baxıla bilər. Burada təkcə yeni texnikanın tədarükü deyil, eləcə də onlara texniki xidmətlərin göstərilməsini nəzərdə tutulur. Bu gün Azərbaycanda 5 mindən artıq "Rostselmaş” istehsalı olan kombaynlar istismar olunur", - deyə V. Qolubev qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Rusiyanın "Rostselmaş” kombayn zavodu və "Azərmaş” MMC arasında kənd təsərrüfatı texnikasının alınmasına dair 35 mln. rubl dəyərində müqavilə imzalanıb.