:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səfirin iş otağından 35 min ABŞ dolları oğurlandı

Font

Bakıda iş otağından oğurluq edilən şəxs səfirdir.

Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayın iş stolunun siyirməsindən 35 255 ABŞ dolları (59 933 manat) oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Bakıda inzibati binadan 60 min manatlıq oğurluq olub.

Əcnəbi vətəndaş Spelanay Xeyrullah Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, Hüseyn Cavid prospekti, ev 20-də yerləşən inzibati binada naməlum şəxslər onun xidməti otağından 35.255 dollar (59933 manat) oğurlayıblar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) madəsi ilə cinayət işi başlanılıb.